TR
Video yükle

Ağcabədidə 4 otaqlı ev külə döndü

3 izlenme Olaylar
Ağcabədi rayonunda 4 otaqlı ev əşyaları ilə birlikdə yanıb.



APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə ağdamlı məcburi köçkünlərin məskunlaşdığı Muğanlı kəndində baş verib.



Ağdamın Mərzili kənd sakini Cəfərov Məhəmməd Şamil oğluna məxsus 4 otaqlı ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı ev sahibi Məhəmməd Cəfərov ikinci dərəcəli yanıq xəsarəti alaraq Ağdam Mərkəzi Rayon xəstəxanasına çatdırılıb.



Hadisə yerinə Ağdam və Ağcabədi rayonlarından FHN-in yanğınsöndürən briqadaları cəlb olunub, yanğının qonşu evlərə keçməsinin qarşısını alıb: "Qara bayrama görə qəbiristanlığa çıxmışdıq. Bir də gördük ki, alov çıxır. Yüyürüb gəldik ki, ev artıq alışıb. Atam da çalışıb ki, nəsə çıxarda, o da əllərindən, üzündən yanıb, heç nə çıxarda bilməyib".



Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.