TR
Video yükle

14 yaşında nişanlanandı, 1 həftədir itkin düşüb

129 izlenme Olaylar
Türkiyədə məktəbli qız nişanlanandan bir müddət sonra itkin düşüb.

A24.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Adana şəhərində baş verib. Belə ki, Seyhan kəndində qeydə alınan hadisədə 2004-cü il təvəllüdlü N.D itkin düşüb.

Məktəbli qızın valideynlərinin sözlərinə görə, o, bir müddət əvvəl öz sevdiyi oğlanla nişanlanıb. Amma nişandan sonra qız yoxa çıxıb. Noyabrın 16-da evdən çıxan yeniyetmədən heç bir xəbərin olmadığı bildirilir. Məktəbli qızın anası Emine Demirci bildirib ki, sonuncu dəfə qızına qəhvə hazırlamağı xahiş edib. Elə həmin günü N.D evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hadisədən bir həftə keçdikdən sonra nişanlısı qızdan imtina edib. Oğlanın ailəsi nişan üzüyünü gətirərək qızın valideynlərinə təhvil veriblər.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.