TR
Video yükle

13 yaşlı qız hamamda boğuldu

13 izlenme Olaylar
Bakının Sabunçu rayonunda dəm qazı 13 yaşlı qızın ölümünə səbəb olub. APA TV-nin məlumatına görə, bədbəxt hadisə Maştağa qəsəbəsində baş verib.
Uzun müddət zənglərə cavab verməyən 2004-cü il təvəllüdlü qəsəbə sakini Hüseynova Gülsarə Oqtay qızı huşsuz vəziyyətdə yaxınları tərəfindən hamam otağında aşkarlanıb və bu barədə təcili tibbi yardım xidmətinə məlumat verilib. Ancaq ilkin baxış zamanı onun dünyasını dəyişdiyi məlum olub.
Məlumata görə, 13 yaşlı qız həmin vaxt evdə tək olub. Onun ailə üzvləri isə ölkədə deyilmiş.
Hadisəni Sabunçu prokurorluğu araşdırır.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.