AZ
Video yüklə

Yusif Qurbanov dəfn olunub

2 baxış Sosial xəbərlər
Ermənistanın törətdiyi təxribat nəticəsində şəhid olan gizir Qurbanov Yusif Asif oğlu ilə vida mərasimi keçirilib.

Mərasimdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri,onun müəllimləri,hərbçi yoldaşları, şəhid ailələri,qazilər və kənd camaatı iştirak edib.Yusif Qurbanov Goranboy rayonunun Şəfəq kənd qəbiristanlığında torpağa tapşırılıb.

Tabuta bürünmüş Azərbaycan Bayrağı şəhidin atasına təqdim edilib.Dəfndə fəxri qarovul düzülüb, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.

25 yaşlı hərbiçisi gizir Qurbanov Yusif evin kiçik oğlu idi,özündən başqa iki qardaşı da hərbidə çalışır. 4 ildir orduda xidmət edən Yusif nişanlı idi.

Qeyd edək ki ,şəhid Qurbanov Yusif 44 günlük vətən müharibəsində iştirak edib. Həmin döyüşlərdə bir neçə dəfə yaralanıb.Göstərdiyi şücaətlərə görə Cəbrayılın azad olunmasına görə,Şuşanın azad olunmasına görə medalları ilə təltif olunub.Xüsusi Təyinatlı Qüvvələrin “Əfsanə" taborunun giziri Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.