Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı “Səni Axtarıram” verilişinin efirində baş verən ha'disədən sonra TƏBİB-dən narazılığını bildirib.
Hidayətqızının sözlərinə görə, verilişdə qonaq olan Zakir kişinin ürəyi qə'fil pi'sləşib. Xoşqədəm Hidayətqızı onun dərhal tibbi mü'daxiləyə ehtiyacı olduğunu nəzərə alaraq xəstəni özəl klinikalardan birinə göndərib. Klinikanın kardioloqu vəziyyətin son dərəcə ağır olduğunu bildirərək təcili angioqrafiya (anju) olunmasının vacibliyini qeyd edib.
Lakin jurnalist deyib ki, qeyri-iş günü olduğu üçün Zakir kişini dövlət xəstəxanalarına yönləndirmək mümkün olmayıb. Daha da na'rahatedici məqam isə özəl klinikanın angioqrafiya prosedurunu icra edə bilməməsidir.
Xoşqədəm Hidayətqızı bu vəziyyətə e'tiraz edərək bildirib ki, xəstənin həyati tə'hlükəsi olduğu halda tibbi xidmət göstərilməməsi ciddi problemdir və səbəbin izah edilməsini tələb edir.





























