AZ
Video yüklə

Xaricdən gələn həkimlərin peşəkarlığı yoxlanılırmı?

96 baxış Sosial xəbərlər
Son dövrlər ölkəmizə xaricdən gələn həkimlərin sayı artıb. Onların bəziləri uzunmüddətli, bəziləri isə turist kimi bir neçə günlük gəlib qeydiyyatdan keçirlər. "Həkim xarici ölkədən gəlibsə, deməli savadlıdır" deyib əksəriyyətimiz qaçırıq onun yanına. Öz ölkəsindəki peşəkarlığından, fəaliyyətindən əmin olmadan canımızı bu həkimlərə etibar edirik.

Doğrudur, xaricdən gələn həkimlərə müraciət olsa da, vətəndaşların əksəriyyəti yerli həkimlərə daha çox inandıqlarını qeyd edir.

Bəs xaricdən gələn həkimlərin peşəkarlığı necə yoxlanılır, ümumiyyətlə yoxlanılırmı ?

Səhiyyə Nazirliyinin hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Wzizovun sözlwrinw görw, həkim adı almaqla yanaşı, hər bir ixtisas üzrə də müvafiq təsdiqedici sənədlər olmalıdır.

Vətəndaşlar sonradan hər hansı bir problemlə qarşılaşmamaq üçün müayinədən öncə həkimin diplomu və işləmək üçün ona verilən sertifikatı tələb etməlidirlər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.