AZ
Video yüklə

Viza tələb olunmayan ölkələr

23 baxış Sosial xəbərlər
Bu ildən Azərbaycanda Monteneqronun Tivat şəhərinə çarter reysləri təşkil ediləcək. İyulun 5-dən sentyabrın 13-dək baş tutacaq uçuşlar üçün viza almağa ehtiyac yoxdur. Əvvəllər Monteneqro Azərbaycana mövsümi vizasız rejim tətbiq edirdisə, artıq bu, tamamilə ləğv olunub. Turizm agentliyindən verilən məlumata görə, Avropanın məhz bu turizm regionunun imkanları kifayət qədər böyük maraq doğurur.
Azərbaycanlıların ən çox üz tutduğu ölkələr sırasına Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Belarus, Albaniya, Qırğızıstan kimi ölkələr daxildir. Bu ölkələr 90 günədək Azərbaycana heç bir viza tələbi irəli sürmür. Türkiyə, Qazaxıstan, Malayziya və bəzi ada dövlətlərində isə 1 ay müddətində vizasız qalmaq olar.
Məsələn, Sinqapur üçüncü ölkəyə keçmək şərtilə 96 saat vizasız rejim tətbiq edir. Artıq 2 ildir, Vyetnama viza rejimi ləğv olunub. İndoneziyanın vizası əvvəllər İrandan alınır və yorucu proses idisə, indi bütün bunlara ehtiyac yoxdur. Bəzi ölkələr sırf mövsümi vizasız rejim tətbiq edir, bu siyahı tez-tez dəyişə bilər. Buna görə də məsələni qabaqcadan turizm agentlikləri ilə dəqiqləşdirmək yaxşı olar. Elə ölkələr də var ki, səyahət etmək tam vizasız başa gəlməsə də, yerində viza almaqla mümkündür.
Turizm agentliyinin şöbə müdiri Ürfanə Mahmudovanın sözlərinə görə, tur şəklində Balkan ölkələrinə səyahət etmək vətəndaşların marağındadır.
Hazırda 60-dan çox ölkə və ya ərazi Azərbaycan pasportunu vizasız, ya da vizanı girişdə təqdim etməklə qəbul edir. Bu siyahıda Avrasiya ölkələri üstünlük təşkil edir.
Qeyd edək ki, Azərbaycanlıların diplomatik, xidməti və adi vətəndaşlıq passportu ilə vizasız gedib-gələ biləcəyi ölkələr 3 qrupa bölünüb. Bu ölkələrlə bağlı məlumatı Xarici İşlər Nazirliyinin rəsmi saytından əldə etmək mümkündür.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.