AZ
Video yüklə

Valideyn 190 manatı ala bilməsə pul övlada verilir

5 200 baxış Sosial xəbərlər
Qaydalara əsasən ödənişlər işləməyən, pensiya,təqaüd,yardım almayan vətəndaşlara şamil olunur.
Tələb olunan şərtlərdən biri də vətəndaşın adına pay torpağın olmasıdır. Yəni,adına pay torpağı olan vətəndaş bu yardımı ala bilmir.
Hər kəsi maraqlandıran suallardan biri də yetkinlik yaşına çatmış uşaqların, övladrların bu yardımdan necə yararlanması barədədir.
Misal üçün ailədə ata və ana məşğul şəxs hesab olunur, yəni işsiz kimi qeydiyyata alınmır. Bəs onların yetkinlik yaşına çatmış övladları 190 manatı ala bilərmi?
Cavab: Bəli, yaşı 18 dən yuxarı olan şəxs ana və atasınından fərqli olaraq müraciət edə və 190 manatı ala bilər.
Mövzu ilə bağlı açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı bildirib ki, yetkinlik yaşına çatmış vətəndaş validynlərindən əlavə müraciət edə və bu pulu ala bilər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.