Universitetlərdə dərs 80 dəqiqə ola bilər
30 baxış
Sosial xəbərlər
Nazirlər Kabineti tərəfindən xüsusi karantin rejimində təhsil müəssisələrində tədrisin yeni təşkili qaydası müəyyənləşib. Yeni qaydalara əsasən artıq universitetlərdə kitabxanalar, akt zalları, hovuzlar pandemiya qaydalarına uyğun olaraq fəaliyyət göstərəcək.
Lakin burada müəyyən məhdudiyyətlər nəzərdə tutulub. Belə ki, ali təhsil müəssisələrində otaqlarının yalnız 70 faizindən istifadə olunacaq.
Nicat Məmmədli bildirdi ki, universitetlərdə müəyyən qruplarda koronavirusa kütləvi yoluxma halı olacaqsa, həmin qruplarda dərslərin dayandırılması ilə bağlı qərarı təhsil müəssisəsi özü qəbul edəcək.
Onun sözlərinə görə, Təhsil Nazirliyi universitetlərdə dərs saatının 80 dəqiqə olmasını təklif edib. Həmçinin, dərs yükünün azaldıması ilə əlaqədar şənbə gününə dərslərin salınması da ali təhsil müəssisəsinin öz ixtiyarındadır.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.