AZ
Video yüklə

Toy günündə tapılan şəhidimiz

42 baxış Sosial xəbərlər
Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Bu xalqın hər zaman qəhrəman oğulları olub və olacaq da.Həmin Qəhrəmanlarımızdan biri də Elvin Mustafayevdir. O vətən müharibəsində torpaqlarmızın azadlığı uğrunda döyüşlərdə şəhid olub. O1992-ci il martın 14-ü Gəncə şəhərində doğulub. Döyüşlərə könüllü qatılan Elvin 27 sentyabr Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Onun nəşi uzun müddət tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itgin düşən hərbi qulluqçu hesab olunub. 2021-ci il aprelin 27-də isə nəşi tapılıb.

Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.