Tiktok sosial şəbəkəsində beniz (əsl adı Aybəniz) adlı istifadəçi canlı yayımda açıq-aşkar Şəlalə Həsənlini və qızını ölümlə hədələyir. Bundan əvvəl də Aybəniz xanım və həyat yoldaşı həmin Şəlalə Həsənli barəsində söyüş və təhqirlər ifadə etmişdir. Həmin vaxt canlı yayımda 12000 izləyici olmuşdur. 12000 izləyici qarşısında söyüş işlədən şəxslər barəsində Şəlalə Həsənli şikayət etdiyini, lakin özü və ailəsinin həyat və sağlamlığından narahat olduğunu bildirir. Daxili İşlər Nazirliyindən məsələnin nəzarətə götürülməsi, ağır cinayət baş verməsinin qarşısının alınmasını xahiş edir.