AZ
Video yüklə

Təhsildə yeni qaydalar müəyyənləşib

150 baxış Sosial xəbərlər
Azərbaycanda təhsil pandemiya şəraitinə uyğunlaşdırılır Sentyabrın 15-dən 2020-2021-ci tədris ilinə start verilir. Dünyada olduğu kimi Azərbaycanda da bu il təhsil müəssisələrinin fəaliyyəti pandemiya şəraitində təşkil olunur. Belə ki, ibtidai siniflərdə tədris Sentyabrın 15-dən həftədə 2-3 dəfə olmaqla həyata keçiriləcək. 5-9-cu siniflərdə isə onlayn qaydada başlayacaq dərslər, oktyabrın 1-dən əyani şəkildə olacaq. Orta məktəblərin 10 və 11-ci sinif şagirdlərinin isə məktəblərə 15 oktyabr tarixindən qayıtması planlaşdırılır. Sentyabrın 15-dən isə həmin sinif şagirdlərinə də dərslər onlayn qaydada keçiriləcək. Qeyd edək ki, martın 3-də Azərbaycanda ilk yoluxma halı qeydə alınandan sonra təhsil müəssisələrinin fəaliyyəti dayandırılaraq, tədris onlayn qaydada davam etdirilib. Sentyabrın 15-dən tədrisin davam etdirilməsi haqqında qərar da təhsil ekspertləri ilə aparılan müzakirələr və dünya təcrübəsinin tətbiqi nəticəsində mümkün olub. Belə ki, hazırda dünyada 134 ölkədə təhsillə bağlı qərar verilib. 63 ölkədə məktəblər açılılb, 55 ölkədə məktəblərin açılması tarixi elan edilib, 39 ölkədə hələ qərar yoxdur. Azərbaycan ən uyğun və riskli olmayan nəticə üzərində çalışır. Qeyd edək ki, 2020-2021-ci tədris ilində 650 min uşaq ibtidai siniflərdə təhsil alacaq. Onlardan 257 min nəfəri Bakı, Sumqayıt və Abşeronun payına düşür. Yuxarı sinflərin şagird sayı isə 1 milyon 300 min nəfərdi.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.