TƏBİB-dən beşəmlərlə bağlı açıqlama verildi
5 baxış
Sosial xəbərlər
TƏBİB Bakıda doğulan beşəmlərin vəziyyəti ilə bağlı məlumat yayıb
Avqustun 11-də Bakı şəhərində, özəl klinikalardan birində hamiləliyin 32-ci həftəsində qeysəriyyə kəsiyi əməliyyatı ilə beşəm dünyaya gəlib.
Onlardan 3-ü həyatlarının birinci sutkasında, digər 2-si isə həyatlarının ikinci sutkasında çox ağır vəziyyətdə TƏBİB-in tabeliyində olan Kübra Fərəcova Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüblər.
Bunu Real-a açıqlamasında Təbib-in şöbə müdiri Zamirə Ədilova bildirib.
4-ü oğlan, 1-i qız olan körpələrin daxil olarkən vəziyyətləri kritik ağır olub. Ön planda tənəffüs çatışmazlığı, erkən doğulmaya bağlı morfofunksional yetməməzlik əlamətləri qeyd olunub.
Körpələrdən dördünə ağciyər alveollarını açıq tutmaq məqsədilə endotraxeal borudan “Curosurf” preparatı yeridilib. Birinə isə kəskin anemiyanın korreksiyası məqsədilə “Cross-match” uyğunluğu müəyyən edildikdən sonra qan köçürülüb. İnstitutda körpələrə bütün zəruri kliniki, laborator müayinələr aparılıb. Müayinəyə uyğun olaraq onların müalicəsinə davam edilir.
Hazırda süni ventilyasiya aparatında olan iki körpənin vəziyyəti çox ağır, digər üçünün vəziyyəti isə ağır stabildir. Hazırda ana özəl tibb müəssisəsində müalicə alır. Vəziyyəti stabildir.
Qeyd edək ki, Körpələr - 1,260, 1,020, 1,030, 1,300, 1,180 qram olmaqla doğulublar.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.