Taxıl biçininə hazırlıq başladı
23 baxış
Sosial xəbərlər
Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumu “Aqroservis” ASC tərəfindən 2023-ci il taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirən mexanizatorlar üçün təlimlərə start verilib.
Aprel ayının ilk həftəsindən etibarən başlayan təlimlər müvafiq olaraq “Aqroservis” ASC-nin Yevlax təlim-tədris mərkəzi və Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində təşkil edilir.
Təlimlərdə müxtəlif markalı kombaynların əsasən, CLAAS, New Holland TC 5.90 HillSide, New Holland TC 4.90 və TC 5.80 və SAMPO markalı kombaynların idarə edilməsi ilə bağlı məlumatlar verilir.
Hər il ənənəvi olaraq təşkil edilən təlimlərin əsas məqsəd cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi, texnikaların mexanizatorlar tərəfindən düzgün idarə edilməsinə nail olmaq,təhlükəzlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı bilik və bacarıqlarını artırmaqdır.
Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər və “Aqroservis” ASC tərəfindən video görüntü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada təşkil olunur.
Ümumilikdə 250-dən çox mexanizatora təlim keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, təlimlər ödənişsiz olaraq həyata keçirilir. Təlimin sonunda keçirilən imtahana əsasən mexanizatorlara sertifikat təqdim olunur.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.