Şuşada şəhid olan igidimizin ad günüdür
106 baxış
Sosial xəbərlər
Bayraqları bayraq edən üstündəki qandır. Torpaq, əgər uğrunda ölən varsa vətəndir! Bəli, vətən onun uğrunda ölənlərin sayəsində var olur. Şəhid qanı ilə sulanır, bayrağın kölgəsində qürurlanır. öz qanını, canını vətəndən əsirgəməyənlərdən biri də şəhid Ramiz Ağayevdir.
Bu gün doğum günü olan Xüsusi Təyinatlı hərbçimiz, Murov istiqamətində gedən döyüşlərdə iştirak edib, Murovdağ zirvəsinin düşməndən azad edilməsində xüsusi şücaət göstərib. Valideynləri Ramizin uşaqlıqdan qeyri-adi olduğunu, öz yaşıdlarından seçildiyini deyirlər. Bu gün də qəhər onları boğsa da özlərində güc tapıb danışa bildilər.
Ramizin döyüş yolu daha sonra Füzulidən keçib. şəhər uğrunda gedən döyüşlərdə üç güllə yarası alıb. yaralı olduğunu ata, anasından gizlətsə də, qardaşına deyib. ailəsinin narahat olmaması üçün yarasının yüngül olduğunu söyləyib.
Hospitalda qısa müddət müalicə alan Ramiz daha sonra Şuşa istiqamətində gedən döyüşlərə qatılır və şəhər qalası uğrunda döyüşlərdə qəhramancasına şəhid olur. Xalası qızına yazdığı son sms-ində də sona qədər vuruşacağını söyləyir.
Ramiz Şuşa qalası uğrunda gedən döyüşlərdə ürəyindən qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalıb. Ya təsadüfdəndir, ya da zərurətdən, özünə ideal sediyi şəhidimiz general-mayor Polad Həşimovun yanında torpağa taşırılıb. Bir amal uğrunda vuruşan qəhramanlarımızın ruhları, yəqin ki haqq dünyasında da görüşəcək...
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.