AZ
Video yüklə

Sürüşmə zonasında yerləşən evlər sökülür

29 baxış Sosial xəbərlər
Paytaxtın Suraxanı rayonu, Zığ qəsəbəsində ''Zığ- 1" sürüşmə səhəsində qəzalı və yarasız hala düşən 56 evin söküntüsünə başlanıb.


Xezerxeber.az-ın məlumatına görə, Suraxanı Rayon İcra Hakimiyyətinin rayon təsərrüfatı şöbəsinin müdiri Mehman Hüseynov deyib ki, sökülən evlərin 18-i ikimərtəbəli, 38-i isə birmərtəbəlidir. Qəzalı vəziyyətə düşən evlərin sakinlərinə müəyyən məbləğdə vəsait ödənilib.

Birdəfəlik maddi yardım alan vətəndaşlar üçün yeni evlər tikmək məqsədi ilə torpaq sahəsi də ayrılıb.

Qeyd edək ki, Suraxanı Rayon İcra Hakimiyyəti qəzalı vəziyyətə düşən fərdi yaşayış evlərinin söküntüsü və ərazinin təmizlənməsi işlərinin satın alınması üçün açıq tender elan edib.







Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.