AZ
Video yüklə

Sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması yolverilməzdir

117 baxış Sosial xəbərlər
Sosial şəbəkələr günlük həyatımızın bir hissəsinə çevrilib. Bu gün yəqin ki, elə bir adam yoxdur ki, sosial şəbəkələrdən istifadə etməsin.

Sosial şəbəkə istifadəçilərinin əksəriyyətini təbii ki, gənclər təşkil edir. Çoxları bundan istifadə zamanı orfoqrafik qaydalara riayət etmirlər. Əslində gənclərin əksəriyyəti bütün günü sosial şəbəkələrdən istifadə etdikləri üçün artıq məişət üslubunda necə danışırlarsa elə də yazdıqlarını deyirlər. Bəziləri bunu vərdiş bəziləri isə vaxta qənaət kimi dəyərləndirir.

Sosial şəbəkə həyatımızın bir hissəsinə çevrildiyi üçün artıq vırtual dunyanın dili mətbuat dili sayılır. Ziyalısından tutmuş sıravi vətəndaşadək hər kəs orfoqrafik qaydalara fikir verməlidir.

Dilçilik İnstitutnun elmi işlər üzrə direktor müavini Baba Məhərrəmli qeyd edib ki, sosial şəbəkə nə qədər də səmimi və rahat ünsiyyət vasitəsi olsa da, ədəbi dil normalarının pozulması yolverilməzdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.