Siyavuş Novruzov qazilərdən danışır
5 529 baxış
Sosial xəbərlər
“Aidiyyatı 4 struktur var: Müdafiə Nazirliyi, Hərbi çağırış – Səfərbərlik, Sosial Təminat Nazirliyi, Səhiyyə Nazirliyi. Bir komissiya yaradın Milli Məclisin Komitəsini də, ictimaiyyətin nümayəndəsini də oraya dəvət edin. Hansı qazilər ki, deyir mənim əlillik dərəcəm var, yoxlansınlar ictimaiyyətin qarşısında da deyin ki, sən xəstəsən, sənə pensiya düşür, yaxud düşmür. Bir bu cür qlobal işimizin üzərinə bir neçə şəxsə görə niyə kölgə salmalıyıq?! Burada cəmi bir həftəlik iş var. 6-8 aydır bu iş uzanır, biri özünü asır, biri özünü öldürmək istəyir, hansı səbəbdəndirsə, heç o da bilinmir. Dərhal atırlar İcra Hakimiyyətlərinin, Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyinin üzərinə. Bunun qarşısı alınmalıdır. Qazi gəlir deyirlər ki, kompyuterlə sənin sənədin gəlməyib, bu qazi özü ilə, psixoloji travması ilə məşğul olsun, ya kompyuterlə? Gəlməyibsə, al, düzəlt, kömək elə, dövlətdən əməkhaqqı alırsan, oturmusan isti kabinetdə, həll elə məsələni getsin. Dövlətin qaziyə göstərdiyi qayğını çatdırın, sizdən başqa şey tələb olunmur, demirlər ki, get evindən nəsə gətir ona ver. Sadəcə tələb olunur ki, Cənab Prezidentin ayırdığı vəsaiti ona təmin elə, bununla da məsələ bitsin qurtarsın”.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.