Şəhidimizin xatirəsi əbədiləşdirildi - Xüsusi reportaj
8 baxış
Sosial xəbərlər
Vətən müharibəsi şəhidi mayor Fərid Ələkbərovun xatirəsi əbədiləşdirilib.
Belə ki, paytaxt küçələrindən birinə mərhumun adı verilib.
Tədbirdə şəhidin ailə üzvləri, Yasamal rayon icra başçısı Elşad Həsənov, mərhumun döyüş yoldaşları və digər şəxslər iştirak ediblər.
Mərasimi giriş sözüylə açan icra başçısı Elşad Həsənov Fərid Ələkbərovun döyüş yolu və şücaətindən danışıb. O, şəhidin qəhrəmanlığının gələcək nəsillərə ötürülməsinin mahiyyətindən bəhs edib. Ardınca mərhumun ailə üzvləri çıxış ediblər.
Daha sonra şəhid mayorun İkinci Fəxri Xiyabanda yerləşən məzarı ziyarət olunub.
Yekunda isə onun xatirəsinə ehsan süfrəsi təşkil edilib.
Qeyd edək ki, mayor Fərid Ələkbərov 2020-ci ilin 8 noyabr tarixində Şuşa - Xankəndi yolunda düşmən hücumunun qarşısını alarkən qəhrəmanlıqla şəhid olub.
O, dövlət başçısının sərəncamları ilə "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.