Şəhid ailələri üçün iftar süfrəsi təşkil olunub
8 baxış
Sosial xəbərlər
Füzuli rayonunda müqəddəs Ramazan bayramı ərəfəsində Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri üçün iftar süfrəsi açılıb. İftarda Füzuli rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Füzuli rayon təşkilatının sədri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və şəhid ailələri iştirak ediblər.
Əvvəlcə bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, müqəddəs Qurani-Kərimdən ayələr oxunub, şəhidlərin ruhuna dualar səsləndirilib.
Daha sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuzun qazandığı böyük Zəfərdən söz açıb. Artıq üç ildir ki, Azərbaycan xalqının müqəddəs Ramazan bayramını qalib xalq olaraq qeyd etdiyini diqqətə çatdıran Alı Alıyev, şəhid ailələrinin, qazilərin, həssas təbəqədən olan digər insanların hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bir daha vurğulayıb. Alı Alıyev bütün xalqımızı, eləcə də şəhid ailələrini, qaziləri qarşıdan gələn Ramazan bayramı münasibətilə ürəkdən təbrik edib, onlara xoş arzularını çatdırıb.(Real TV)

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.