Sağlamlığa ziyan vuran geyimlər
75 baxış
Sosial xəbərlər
Əvvəllər dar geyimlərə üstünlük verənlərə paytaxtda və ölkənin digər böyük şəhərlərində daha çox rast gəlinirdisə, indi bunun tam əksini görmək olur. Bölgələrdə yaşayanlar bu tip paltarlardan daha çox istifadə edir. Hətta elələri var ki, bir ətək pul verib aldığı libası aparıb dərzidə bir neçə ölçü daraltdıqdan daha sonra geyinir. Dar geyimlər yaşlı nəslin nümayəndələrinin də ürəyincə deyil. Bu onlar üçün həssas mövzudur desək, yəqin ki, yanılmarıq. Bəs tibb nə deyir, dar geyimlərin ziyanlı tərəfləri var? Ümumiyyətlə bu cür paltarlardan mütəmadi istifadə hansı fəsadlara yol aça bilər? Bəzən hərəkəti belə çətinləşdirən bu geyimlər qadınlarla yanaşı, kişilərdə də problem yaradır. Mütəxəssislərin mövqeyi bəlli olsa da, sözügedən paltarların satışı yetərincədir. Ümumiyyətlə, hazırda gündəlik geyimlərimizdə milli ruh demək olar ki, əks olunmur. Misal üçün, Hindistan, Özbəkistan kimi bir çox ölkələrdə gündəlik həyatda milli geyimlərə tələbat çoxdur. Bu gün Azərbaycanda satışda olan geyimlərin az da olsa müəyyən hissəsi ölkə daxilində tikilir. Ən azından həmin mallarda milli geyimlərimizi təbliğ etməyə dəyər...
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.