AZ
Video yüklə

S​pace TV-yə mürəciət edən kimsəsiz qadın sığınacaqa yerləşdirildi

18 baxış Sosial xəbərlər
Space TV-də yayımlanan "Olar? Olmaz!" verilişində maraqlı anlar yaşanıb.

Metbuat.az xəıbər verir ki, 18, 19, 20 dekabr tarixlərində Amil Xəlilin təqdimatında yayımlanan "Gəl, dərdini danış" verilişindən yardım istəyən Zivər Abasova 21 dekabr tarixində çəkiliş qrupu ilə birgə sığınacaqa yerləşdirilib.

Teleaparıcı ilk olaraq onu sığındığı yerdən götürərək əvvəl Zivər xanımı lazımı yoxlanışdan keçirmək üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə aparıb. Daha sonra Nəsimi rayon polis idarəsində xanımın yaşayış yerinin olmadığını təsdiqləyəndən sonra müvafiq şəxsiyyət vəsiqəsi ilə sığınacağa yollanıblar. Zivər Abasova ona uzanan ələ görə Space TV rəhbərliyinə, teleaparıcı Amil Xəlilə o cümlədən Əmək və Əhalinin Sosial müdafizəsi nazirinə, sığınacağın rəhbərinə sonsuz təşəkkürünü bildirib.

Sığınacaqın rəhbəri Anar İbrahimovda teleaparıcı ilə əlaqə saxlayaraq xanımın artıq yaxşı olduğunu bildirib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.