AZ
Video yüklə

Qripdən necə qorunaq?

15 baxış Sosial xəbərlər
Mövsüm dəyişikliyi zamanı, əsasən də qış və yaz aylarında əhali arasında boğaz ağrısı və qriplə müşahidə olunan xəstəliklərə rast gəlinir. Bu xəstəlik təkcə Bakıda deyil, regionlarımızda da yayılıb. Həm böyüklərdə, həm də uşaqlarda müşahidə olunur. Həkim İlhamə Muradova deyir ki, qripi əmələ gətirən viruslar hava vasitəsilə orqanizmə düşdükdən sonra 3-4 saat ərzində yayılır. Xəstəlik, xüsusilə, uşaqlar arasında daha çox yayılıb. Sindrom özünü ilk olaraq boğaz ağrıları ilə göstərir. Daha ağır variantda isə ayaq və əllərdə şişkinlik, kəskin temperatur müşahidə edilir. Bakteriya əzələ toxumalarının ölümünə yol açır və vücudda yayılmasına səbəb olur. Bu isə sonda ciddi fəsadlara gətirib çıxarır. Pediatr deyir ki, ağır formalı qripə yoluxanlar vaxtında müalicə almadıqda, quru və bəlğəmli öskürək baş qaldırır. Davamlı boğaz qıcıqlanması fasiləsiz öskürək və boğaz nahiyəsində göynəmə verir. Bu zaman xəstəyə bəlğəmgətirici preparatlar təyin edilir. Sonra öskürək əleyhinə dərmanlardan istifadə olunur. Quru öskürək zamanı təbii müalicə üsullarından istifadə də məsləhət görülür. Həkimlər deyirlər ki, əksər insanlar qripi "yüngül xəstəlik" adlandırıb, həkimə müraciət etmir və lazımi müalicə kursu almırlar. Ancaq qrip kifayət qədər ağır xəstəlik sayılır və ona qarşı vaxtında tədbir görülməsə, ciddi problemlər yarada bilir. İbadulla Ağayevin sözlərinə görə, respublikada yoluxucu xəstəliklərə qarşı bütün qabaqlayıcı tədbirlər görülüb. Onun sözlərinə görə, ölkə ərazisində kəskin respirator xəstəliklər, o cümlədən qripə yoluxma ilə bağlı epidemioloji baxımdan narahatedici vəziyyət yoxdur. Amma buna baxmayaraq mütəxəssislər əhalini diqqətli olmağa, ictimai yerlərdə tibbi maskadan istifadə etməyə, gigiyenik təmizliyə ciddi riayət etməyə və düzgün qidalanmağa səsləyirlər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.