Qəbələdə qeyri-adi hadisə: camaat gözlərinə inanmayıb
568 baxış
Sosial xəbərlər
Qəbələdə qeyri-adi hadisə baş verib. Gecə saatlarında işdən evə qayıdan rayon sakini Taleh İbrahimov gözlənilməz mənzərə ilə qarşılaşıb.
İbrahimov bir neçə gün bundan qabaq Qəbələ şəhərinin Həzi Aslanov küçəsi ilə, "Çöl yol" adlanan ərazidə avtomobillə hərəkətdə olarkən, maşının qarşısına 2 baş ayı balası çıxıb. Hadisə gecə saat 02:00 radələrində baş verib.
Gözlərinə inanmayan sürücü avtomobili onların üzərinə sürüb. Qarşıdan gələn maşının işıqlarından çaşqın vəziyyətə düşən heyvanlar qəfil qonşu küçəyə keçərək həyətlərdən birinə girib.
Gördüyündən şoka düşən həyət sahibinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışdığına görə, ayı balaları həyətdə bir qədər vurnuxduqdan sonra gəldikləri kimi geri qayıdıb. Oradan da yaxınlıqdakı Dəmiraparan çayı istiqamətində hərəkət edərək çay yatağından üzü dağa tərəf qalxıb.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.