AZ
Video yüklə

Qazilərin Xaçmaza səfəri təşkil olunub

17 baxış Sosial xəbərlər
Silahlı Qüvvələr Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Vətən müharibəsində iştirak etmiş 44 nəfər qazi və veteranın Xaçmaz rayonunun Nabran kəndində yerləşən ailəvi istirahət mərkəzinlərindən birinə səfəri təşkil edilib. Qazilərin və veteranların günlük istirahətlərinin səmərəli keçirmələri üçün mini futbol, voleybol, stolüstü tennis, bilyard, şahmat və digər oyunlar təşkili planlaşdırlıb.

Bu tədbir çərçivəsində Vətən müharibəsi qazilərinin və veteranların Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılması da nəzərdə tutulub. Qeyd edək ki, səfər iyunun 27-nə qədər davam edəcək.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.