AZ
Video yüklə

Qazi və şəhid ailələlərinə diqqət artırılır

38 baxış Sosial xəbərlər
Şəhid ailələrinin və müharibə əlillərinin problemlərinin həlli daim dövlətin diqqəti mərkəzindədir.

Prezident İlham Əliyevin iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində iştirak etməsi qeyd olunan kateqoriyaya aid vətəndaşlara dövlətin xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Bu xüsusda ölkədə şəhid ailələri və müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərilir.

44 günlük Vətən müharibəsində hərbi güc baxımından Ermənistanın Azərbaycandan nə qədər zəif olduğunun şahidi olduq. Bu zəiflik hazırda Ermənistan dövlətinin şəhid ailələri və hərbçilərinə göstərdiyi qayğıda özünü təcəssüm etdirir.

Qeyd edək ki, Hazırda dünyada pandemiyanın davam etməsinə, bir çox ölkələrdə iqtisadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində heç bir sosial layihə təxirə salınmayıb. Əksinə, ölkəmizdə sosialyönümlü layihələrin sayı və coğrafiyası genişləndirilib, əhalinin həssas təbəqəsinin sosial məsələlərinin həlli istiqamətində genişmiqyaslı işlər görülür.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.