Professor təhsildəki problemləri açıqladı
10 baxış
Sosial xəbərlər
''Bu gün Azərbaycan təhsilinin əsas problemlərindən biri orta məktəblər arasındakı bərabərsizlikdir''.
Xezerxeber.az-ın məlumatına görə, bu sözləri təhsil eksperti, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Şahlar Əsgərov deyib.
O bildirib ki, Bakıda olan məktəblərin hər biri istər maddi-texniki baza, istərsə də təhsil səviyyəsi baxımından bir -birinə barabər olmalıdır. Bakıda keyfiyyətli təhsili, tam təminatı olan məktəblər var, amma eyni zamanda, çox köhnə, təhsil səviyyəsi zəif məktəblər də mövcuddur.
Ekspert hesab edir ki, məktəblərdə bərabər şərait yaradılarsa, hər kəs övladını öz yaşadığı yerin yaxınlığındakı məktəbə rahatlıqla göndərə bilər: "Odur ki, "Bu məktəbdə təhsil daha yaxşıdır" və ya "o məktəb daha müasirdir" kimi fərqlər aradan qaldırılmalıdır".
Şahlar Əsgərovun szölərinə görə, təhsildəki digər bir problem vahid qiymətləndirmə şkalasının olmamasıdır. Yəni 5-lə oxuyur deyəndə bunun hansı şkalada, hansı qiymət olduğu anlaşılmır.
Ekspert ali məktəblərə qəbul ballarının da aşağı olduğunu bildirir. Deyir ki, 700 bal 5 qiymətinə ,560 bal 4 qiymətinə , 420 bal isə 3 qiymətinə ekvivalentdir. Yəni 350-390 bal toplayan abituriyent 2 qiyməti almış olur. Bu isə ali məktəbdə oxumaq üçün məqbul sayılmamalıdır.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.