AZ
Video yüklə

Problemli kreditlərlə bağlı yeni xəbər

38 baxış Sosial xəbərlər
Maliyyə Bazarlarına Nəzarət Palatası "Kompensasiya məbləğinin sorğulanması" xidmətinə başlayıb.

Sonxeber.az oxu.az-a istinadla xəbər verir ki, xidmətdən Palatanın saytına daxil olaraq istifadə etmək mümkündür.

Palatanın saytının "Problemli kreditlərin həllinə dair məlumat" hissəsində "Kompensasiya məbləğinin sorğulanması" pəncərəsi yaradılıb.

Bank müştərisi adını və parolunu daxil etməklə alacağı kompensasiya məbləğini öyrənə bilər. "Kompensasiya məbləğinin sorğulanması" xidmətinin işə salınması kompensasiya alacaq vətəndaşların siyahısının hazır olduğuna işarədir.

Bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında vətəndaşların devalvasiya nəticəsində banka olan borclarının silinən hissəsi ilə bağlı siyahı yerləşdiriləcəyi açıqlanmışdı.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.