AZ
Video yüklə
Pensiya ilə bağlı daha bir şad xəbər

Bu video hazırda oynadıla bilmir.

Pensiya ilə bağlı daha bir şad xəbər

1 175 baxış Sosial xəbərlər
“Sosial sığorta haqqında” qanuna dəyişiklik edilərək Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin investisiya kimi istifadə edilməsi vətəndaşlar üçün faydalı olacaq.

Qlobal.net xəbər verir ki, qanuna dəyişikliyi şərh edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Trend”ə bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitləri olur və bu vəsaitlər bu ildən digər ilə keçir.

“Yəni vəsaitlər faydasız qalır. Amma həmin vəsaitlər müəyyən investisiyalara yönəldilsə, oradan gələn gəlirlər də həm pensiyaların artmasına, həm də pensiya kapitalının məbləğinin çoxalmasına, eyni zamanda, müavinətlərin artmasına xərclənə bilər.

Vətəndaşın sığorta haqları yığılır və ölü kapital kimi qalır ki, bunun da vətəndaşa heç bir faydası yoxdur. İndi isə həmin vəsait müxtəlif investisiya layihələrinə qoyulacaq və oradan gələn gəlir də proporsional olaraq bölünüb vətəndaşın pensiya kapitalının üzərinə gələcək ki, vətəndaş pensiyaya çıxanda pensiyanın və ya müavinətinin məbləği artacaq”, - deyə M.Quliyev bildirib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.