Orta məktəblərdə "Son zəng" çalınıb
15 baxış
Sosial xəbərlər
Bu gün ölkəmizdə 2021-2022-ci tədris ili başa çatdı.
REAL xəbər verir ki, bu münasibətlə son dəfə şagirdləri bir araya toplayan bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalındı.
Nəzərə çatdıraq ki, 2021-2022-ci tədris ilində ölkənin ümumtəhsil məktəblərinin IX siniflərini 133 422 nəfər, XI siniflərini 91 188 nəfər şagird bitirdi. IX sinfi bitirənlərdən 61 400 nəfəri qız, 72 022 nəfəri oğlan, XI sinfi bitirənlərdən 42 005 nəfəri qız, 49 183 nəfəri oğlandır.
Orta təhsili yüksək nəticələrlə və uğurla başa vuranlar arasında 45 Nömrəli tam orta məktəbin məzunları da var. Məktəb partalarından yenicə ayrılan bu məzunların hədəfi isə kifayət qədər böyükdür. Onlar 11 il ərzində müəllimlərindən öyrəndiklərini indi cəmiyyətdə layiqincə tətbiq etmək üçün səbirsizlənirlər.
Qeyd edək ki, Azərbaycanda 2021-2022-ci tədris ili sentyabrın 15-də başlayıb və iyunun 14-də bitib.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.