AZ
Video yüklə

“Onlara “ala”, “qaqa” “brat” deyirəm” - Gələcəyin silah mütəxəssisi

241 baxış Sosial xəbərlər
Sabrina Eminlinin 19 yaşı var. Hazırda bu ad ictimaiyyətə tanış gəlməsə də, gələcəkdə yəqin ki, onun uğurlarından bəhs ediləcək. İndiki halda isə Sabrina Eminlini həmyaşıdlarından fərqləndirən cəhət onun silah mühəndisi olmaq üçün aldığı təhsildir. Azərbaycan Texniki Universitetinin Xüsusi Texnika və Texnologiya fakültəsinin II kurs tələbəsi olan S. Eminli həm də qruplarında yeganə qız olması ilə fərqlənir. Deyir ki, əvvəllər bundan sıxılsa da, sonradan mühitə alışıb. Hətta oğlanları özünə sadiq dost hesab edir. Bəzən danışığında onların işlətdiyi vulqarizmlərdən də istifadə edir.

Sabrina haqda qısa arayışa gəlincə, o, 1999- cu ilin fevralın 8-də Rusiyanın Samara vilayətində anadan olub. Təxminən 1 yaş 8 aylıqdan sonra Azərbaycana qayıdıb. Yevlax şəhərində yaşayıb. 2005-ci ildə Yevlax şəhər 2 saylı tam orta məktəbinə daxil olub. 2016- cı ildə həmin məktəbdən məzun olub. Həmin il qəbul imtahanlarında 542 bal toplayaraq ATU-nun sözügedən fakültəsinin silah və silah sistemlərinin istehsalı texnologiyası ixtisasına qəbul olub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.