AZ
Video yüklə

Mübahisə qətllə nəticələndi - Xaçmazda

30 baxış Sosial xəbərlər
Xaçmazda mübahisə edən kənd sakinlərindən biri digərini öldürüb.

Xezxerxeber.az-ın məlumatına görə, hadisə Xaçmaz rayonunun Çarxı kəndində baş verib.


Kənd sakini 45 yaşlı Ehtiram Hidayətov həmkəndlisi, 45 yaşlı Əfqan Cəfərovu mübahisə zamanı özünə məxsus ov tüfəngi ilə qətlə yetirib. Ehtiram Hidayətovun ailəsi bildirir ki, mərhum dəfələrlə övladlarını, borca və evin təmirinə görə narahat edib.


Mərhumun yaxınları isə deyilənlərlə razılaşmır. Onlar Əfqan Cəfərovun borcu olmadığını, cinayətin başqa səbəblərə görə baş verdiyini deyirlər.


Ehtiram Hidayətov hadisəni törətdikdən sonra könüllü olaraq polisə təslim olub. Hazırda faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.