AZ
Video yüklə

Monteneqroda "ASAN xidmət" modeli yaradılacaq

6 baxış Sosial xəbərlər
Monteneqro “ASAN xidmət” təcrübəsinə müraciət edib. Bununla bağlı Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəddə “ASAN xidmət” modeli əsasında Monteneqroda dövlət və özəl xidmətlər göstərən mərkəzlərin yaradılması, bu məqsədlə qurumlararası təcrübə proqramlarının və təlimlərin təşkil olunması, tanışlıq səfərlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.