AZ
Video yüklə

Məscidlərin açılması ilə bağlı mühüm açıqlama

117 baxış Sosial xəbərlər
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müəyyən şərtlər müqabilində - məsələn, sosial məsafə saxlamaqla, az sayda adamla - namazların qılınmasının bərpa edilməsi ilə bağlı təkliflər verib. Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev REAL-a açıqlamasında bildirdi.

Məscidlərin açılmasına hazırlıq məqsədilə din xadimlərinin vaksinasiya prosesi aparılır. Fuad Nurullayev din xadimlərinin 90 faizindən çoxunun vaksinasiyasının həyata keçirildiyini açıqlayıb.

F.Nurullayev qeyd etdi ki, aprel ayına qədər yaşı 50-dən yuxarı olan din xadimləri vaksinasiya olunublar.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.