AZ
Video yüklə

Mərkəzi Bankdan pensiyaçılara şad xəbər

3 811 baxış Sosial xəbərlər
Bu gündən vətəndaşlar əmək pensiyalarını, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, eləcə də ünvanlı dövlət sosial yardımlarını istənilən bankın bankomatından, eləcə də “Azərpoçt” MMC-nin istənilən bankomat və ya pos-terminalından faiz tutulmadan əldə edə bilərlər. Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu addım “COVID-19” pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi müddətində bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə atılıb. Vətəndaşlar sual yarandığı təqdirdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə, Mərkəzi Bankın səlahiyyətlərinə aid məsələlər barədə isə 966 - Qaynar xəttinə zəng edə bilərlər. Panoram.az

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.