Məktəbdə intim videosu yayılan 13 yaşlı qız Instagram-da damarlarını doğradığını söylədi

  • 11.02.2018
  • 2

"Bizim ən çox qorxduğumuz hadisə baş verdi. 132-134 saylı təhsli kompleksinin 7-ci sinif şagirdi cəmiyyət tərəfindən qınaq obyektinə çevrildiyindən özünə qəsd etmək istəyib". KANAL S-in oxu.az-a istinadla verdiyi məlumata görə, bu barədə Azərbaycan uşaqlar birliyinin rəhbəri Kəmalə Ağazadə deyib. Onun sözlərinə görə, fevralın 10-u həmin qız Instagram sosial şəbəkəsi vasitəsi ilə canlı yayıma çıxıb və qolunda damarlarını kəsdiyini nümayiş etdirib: "Bu zaman qız qeyd edib ki, daim bu cür hərəkətlər edir. Yeniyetmə qızın psixoloji durumu yaxşı deyil və onun cəmi 13 yaşı var". Azərbaycan uşaqlar birliyinin rəhbəri zorakılığın qurbanı olmuş məktəbli qızı qorumağa çağırıb.

Nə düşünürsən?