AZ
Video yüklə

Məktəb direktorunun səs yazısı yayıldı

131 baxış Sosial xəbərlər
Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktorunun rüşvət istəməsi ilə bağlı səs yazısı yayılıb.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, məktəb direktoru Mətanət Məmmədova müəllimdən əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edir.
V. Məmmədova isə pulu vermək üçün imkanının olmadığını bildirib.
Daha sonra direktor müəllimi otaqdan qovub və məsələ barədə danışacağı təqdirdə başına oyun açacağını bildirib.
Həmin səs yazısını təqdim edirik:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.