AZ
Video yüklə

Lənkəran bazarında balıqların qiymətləri ucuzlaşdı

24 baxış Sosial xəbərlər
Son günlər Lənkəranın balıq bazarında canlanma müşahidə olunur. Uzun müddətdir balıqçıların toruna düşməyən kütüm, kefal, belamur, xanı balığı və sazan indi çox ucuz qiymətə alıcılara təklif olunur.

Könlü balıq istəyənlərin üz tutduğu balıq bazarında canlanma yaşanır. Balığın ucuzlaşması ənənəvi olaraq ona üstünlük verən yerli əhalinin də işinə yarayıb.

Alıcı Ağabala Səmədov: “Ziyad balığının ikisini almışam 10 manata təxminən ikisidə iki kiloqramdan çox gələr. Ucuzdu. Yaxşıdı.”

Alıcı Ağaverdi Abıyev: “Haradasa 3 gün bundan qabaq aldığım balığı 10 manata aldığım balığı almışam 5 manata, qiymətlər çox aşağıdır. Münasibdir.”

Satıcılar isə deyir ki, balıq mövsümü bir neçə ay əvvəl açıq elan olunsa da, alıcılar indi bazarlara üz tutur.

Satıcı Təyyubə Nəsrullayev : “İndi balıqlar çox boldu, 3 manata, 4 manata, 5 manata ən bahası 10 manata balıqlar var. Balıqlar çox ucuzlaşıb.”

Satıcı Gülxanım Məmmədov: “Ən çox bu dəqiqə bazara gələn ziyaddır. Çox gəlir birdəfəlik. Ən bahalı balıq bu du. Bu bu qədər ucuzlaşandan qiyməti düşən yerdə o bidənələr lap aşağı eniblər.”

Ucuzlaşma yerli sakinlərin ən çox aldığı ziyad balığında özünü göstərir. Dgər növlərə gəlincə, kefalın 1 kiloqramı 5, Belamur 4-6, Xanı balığı 4, Sazan 5-6, durna balığı 5, çəkinin 1 kiloqramı isə 4-5 manata təklif olunur.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.