AZ
Video yüklə

Koronaviruslu xəstələr evdə müalicə edilir

146 baxış Sosial xəbərlər
Artıq ötən həftədən etibarən paytaxt Bakıda simptomsuz və yüngül simptomlu pasiyentlərin müayinəsi, diaqnostikası, müalicəsi və xəstəlik dövründə təqibi poliklinika həkimləri tərəfindən həyata keçirilir.Səbəb paytaxtda virusa yoluxanlarının sayının daha çox olmasıdır. Xezerxeber.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin şöbə müdiri Nabil Seyidov deyib. O bildirib ki, koronavirusa yoluxanların 60-70%-i ya simptomsuz, ya da yüngül simptomlu xəstələrdir. Bu xəstələrin müayinəsi və müalicəsi evdə aparılır. Bu cür hallarda təcili təxirə salınmaz hal olmadığı üçün pasiyentlər təcili tibbi yardım xidmətinə deyil, yaşadığı ərazi üzrə ambulator poliklinik şöbəyə zəng etməlidirlər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.