AZ
Video yüklə

İş elanlarına inanaq, yoxsa?

10 baxış Sosial xəbərlər
İnsanların aktiv hərəkət etdiyi yerlərdə 18-45 yaş arası işçi axtarılır, iş qrafiki sərbəstdir, əmək haqqı 600 manatdan 1000 manatadək yazılan elanlarla yəqin ki, çoxu rastlaşıb. Bu elanları istər internetdə, istərsə də avtobus dayanacaqlarına yerləşdirənlərə aldananlar da az deyil. Qəhrəmanım Fərhad Əhmədov deyir ki, bir müddət əvvəl o da, belə işbazların toruna düşüb. Beləcə iş axtaran elanlar vasitəsilə vasitəçiyə müraciət edir. Pulu ödəyib bir-iki yerə göndəriləndən sonra anlayır ki, deyilənlər heç də həqiqəti əks etdirmir. Problem də elə bundan sonra başlayır. Apardığımız sorğu nəticəsində məlum oldu ki, belə cəlbedici elanlardan zərərçəkən təkcə Fərhad Əhmədov olmayıb. Mütəxəssislər bildirirlər ki, əslində mövcud işədüzəltmə agentliklərinin əksəriyyəti qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olanlardır. Bu görə də iş axtaran əvvəlcə onların fəaliyyəti barədə rəsmi sənədi tələb etməlidir. Müqavilə bağlanarkən bir nüsxə iş axtaranda qalmalıdır. Bu zaman hər hansı ödəniş edilirsə mütləq çek tələb olunmalıdır. Məsələ burasındadır ki, əgər işədüzəltmə agentliyinin vətəndaşa vurduğu ziyan sübuta yetirilərsə belə, bu zaman qurum cərimə ödəməklə canını qurtaracaq və bu cərimənin miqdarı da o qədər böyük deyil. İşədüzəltmə agentliklərinə hər hansı qadağa təsiri 2002-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən alınıb. Xidmətin əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənovun sözlərinə görə, buna baxmayaraq iş üçün müraciət edən vətəndaşdan pul alınması, eləcə də onun işlə təmin olunacağı təqdirdə ilkin əmək haqqının 50 faizinin tutulması qanuna ziddir. Artıq belə işbazlarla mübarizə aparmaq üçün yeni təkliflər hazırlanıb. Statistikaya görə, 2017-ci ildə Dövlət Məşğulluq Xidmətinə 118 mindən yuxarı vətəndaş müraciət edib. Onlardan 47 min 901 nəfəri işlə təmin olunub. Ölkədə aparılan iqtisadi islahatlar və yeni yaradılan iş yerləri onu deməyə əsas verir ki, bu il bu rəqəm daha yüksək olacaq.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.