İngilislərin unuda bilmədiyi azərbaycanlı
54 baxış
Sosial xəbərlər
Dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramov 1925-ci il yanvarın 29-da anadan olub. Futbolçu karyerasına 1943-cü ildə başlayan Bəhramov 6 ay “Spartak”da məşq edəndən sonra Bakı birinciliyində “Burevestnik”lə oyunda debüt edib.
Təəssüf ki, onun futbol həyatı planlaşdırdığı kimi olmayıb və oyunların birində aldığı zədəyə görə futbolçu karyerasını bitirib. Buna baxmayaraq, özünü idmandan ayrı təsəvvür etməyən Bəhramov əvvəlcə uşaq futbol məktəbində məşqçi kimi fəaliyyətini davam etdirib. Lakin burada da böyük uğurlar əldə edə bilməyib və hakim olmaq qərarına gəlib. Sonralar onu bütün dünyaya tanıdan da elə bu peşəsi olur.
1966-cı ildə keçirilən futbol üzrə dünya çempionatının final oyununda İngiltərə və Almaniya yığmaları üz-üzə gəlir. 2-2 hesabı ilə başa çatan matçın 110-cu dəqiqəsində ingilislərin hücumçusu Ceff Herst topu almanların qapısından keçirsə də, mübahisəli vəziyyət yaranır. Bu zaman oyunun yan xətt hakimi Tofiq Bəhramov əminliklə həmin epizodun qol olduğunu deyir. Bununla da İngiltərə yığması tarixində ilk və yeganə dünya çempionluğunu qazanır.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.