İlk 3 günün havası
5 baxış
Sosial xəbərlər
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. . Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Aza.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. . Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək. . Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14, gündüz 22-27, Bakıda gecə 12-14, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.. Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək. . Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.. Havanın temperaturunun gecə 9-14, gündüz 23-28, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir..
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.