Orxan iki ildir ki, Bakıda yeraltı keçiddə yaşayır. Onun nə anası, nə də atası var. Anasını 2014-cü ildə itirən Orxanın bacı və qardaşı da yoxdur. O, ətrafdakı insanların verdiyi bir neçə manatla özünə yemək alır. Nə yatmağa, nə də qalmağa yeri var. Musiqi ilə məşğul olan 25 yaşlı gənc ona bir xanım tərəfindən hədiyyə edilən nəfəs aləti ilə pul qazansa da, bu gün həmin alət də oğurlanıb.