AZ
Video yüklə

Hinduşka və qaz əti bahalaşıb

53 baxış Sosial xəbərlər
Hər bayram ərəfəsində olduğu kimi, Yeni il bayramında da yarmarkalarda qaz və hinduşka sarıdan bolluq yaşanır.


Xezerxeber.az bildirir ki, bolluq olmasına baxmayaraq bazarlarda hinduşka və qazların qiyməti qalxıb. Yeni il bayramı zamanı ən çox tələbatın yarandığı bu quşların son qiymətini əməkdaşlarımız yarmarka və bazarlardan öyrəniblər.


Satıcıların sözlərinə görə, yarmarkalarda iki növdə - yerli qazlarla yanaşı, rus cinsi qazlar satışa çıxarılır.


Yarmarkalardakı diri hinduşkaların qiymətləri isə çəkisindən asılı olaraq 20-35 manat arasında dəyişir.


Yarmarkalardan fərqli olaraq daimi satış yerlərində hinduşka və qazlar adətən kəsilərək satılır. Bu da yarmarkalarla müqayisədə qiymət fərqinə gətirib çıxarır.

Rəqəmlər onu göstərir ki, bir ay əvvəlki qiymətlərlə müqayisədə indi hinduşka 1-2 manat bahalaşıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.