AZ
Video yüklə

Heydər Əliyev ona "QAZ 24" hədiyyə edib

299 baxış Sosial xəbərlər
Bir zamanlar ulu öndərin Salyan sakininə hədiyyə etdiyi və bu günə qədər qorunub saxlanan avtomobildən danışacağıq. Sovet dönəmində komsomolçu-gənclər briqadasına başçılıq edən Həsrət Əsədovun sinəsini bir sıra orden-medallar bəzəsə də, onun üçün ən böyük mükafat Ulu Öndər Heydər Əliyevin ona bağışladığı “Qaz-24” markalı avtomobildir.

69 yaşlı Həsrət Əsədov ona hədiyyə olunan “QAZ 24” markalı avtomobillə nəvələrini məktəbə aparıb gətirir, bazarlığa gedir. Hər dəfə də yola çıxmazdan əvvəl avtomobilin yağına baxır, sazlığını yoxlayır, üzərindəki toz-torpağı silməyi də unutmur.

Keçmiş pambıqçılıq briqadiri Həsrət Əsədov: “Gücüm çatandan indiyə qədər həmişə bunu saxlamışam, necə lazımdı qorumuşam. Mən həmişə biryerə gedəndə bu kişiyə həmişə min rəhmət oxumuşam ki, bu maşını mənə verdiyinə görə.”

Salyanın Marışlı kəndində doğulan Həsrət Əsədov ilk təhsilini doğma kəndində aldıqdan sonra Bakıda Peşə Məktəbində oxuyub. Sonra kəndinə qayıdan gənc kolxozda əvvəlcə çilingər, 1969-cu ildən isə pambıqçılıq briqadiri işləyib. Komsomolçu gənclər briqadasına başçılıq edən Həsrət Əsədov ilk beşillikdə iki beşilliyin planının yerinə yetirilməsinin təşəbbüskarı olub. Müxtəlif orden və medallarla təltif olunub. 1981-ci ilin yayında ümummilli lider Heydər Əliyevin Salyana səfəri zamanı kolxozda Həsrət Əsədovun pambıq tarlasında olmağını o, belə xatırlayır.

Keçmiş pambıqçılıq briqadiri Həsrət Əsədov: “Zəhmətimiz hədərə getmədi. O kişi gəldi – Allah onu rəhmət etsin – burada görüşdük. Soruşdu nə qədər pambıq planın var, nə qədər pambıq öhtəliyin var. Mən gəlmişəm, mənə görə nə qədər verəcəksən, neçə ton pambıq verəcəksən. Dedim 50 ton da sizin gəlişinizə görə mən artıq pambıq verəcəm.”

Həsrət kişi ulu öndər Heydər Əliyevin hədiyyə etdiyi avtomobili necə var elə də saxlayıb.

Keçmiş pambıqçılıq briqadiri Həsrət Əsədov: “Mən o kişidən min dəfə milyon dəfə razı qalmışam. Allah onu qəni-qəni rəhmət etsin. Çünki o, kişi bütün Azərbaycan xalqına çörək verib. Allah onun qəbrin nur ilə doldursun.”

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.