AZ
Video yüklə
Hərbçilərə şad xəbər!

Bu video hazırda oynadıla bilmir.

Hərbçilərə şad xəbər!

784 baxış Sosial xəbərlər
Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hər il növbəti məzuniyyətə çıxarkən, onlara əlavə olaraq 2 aylıq vəzifə maaşı məbləğində müavinət verilməsi təklif olunur.

bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.

Eyni zamanda hərbi qulluqçuların ailə üzvləri və himayəsində olan şəxslərlə birlikdə respublika ərazisində növbəti məzuniyyət keçirdikləri yerə gedib-gəlmək üçün çəkdikləri nəqliyyat xərcləri təsdiqedici sənədlər (taksidən başqa) əsasında onlara ödəniləcək.

Qüvvədə olan qanuna əsasən, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir./APA

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.