Gürcüstanda "donuz qripi"ndən iki nəfər öldü
30 baxış
Sosial xəbərlər
Gürcüstanda "donuz qripi"ndən ölənlərin sayı iki nəfərə çatıb. Ölüm halının biri Acarıstan, digəri Kutaisi şəhərində qeydə alınıb. Gürcüstanın Səhiyyə Nazirliyi qrip virusu ilə bağlı vəziyyətin epidemiya səviyyəsinin yarısına çatdığını açıqlayıb.
Xezerxeber.az-ın məlumatına görə, qonşu ölkədə belə bir hadisənin yaşanması və bu xəstəliyin yoluxucu olması Azərbaycanla bağlı analoji təhlükənin olub-olmaması sualını gündəmə gətirib.
Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının epidemioloji tədqiqatlar şöbəsinin müdiri Kamran Əfəndiyev deyir ki, hazırda bununla bağlı hər hansı risk yoxdur. Bununla belə, qabaqlayıcı tədbir kimi Səhiyyə Nazirliyi bəzi yerlərdə xüsusi aparatlar quraşdırıb. Həmin aparatların köməkliyi ilə temperaturu olan xəstələrin "donuz qripi"nə yoluxub-yoluxmadığını müəyyənləşdirmək mümkün olacaq.
Kamran Əfəndiyev onu da qeyd edib ki, 2018-ci il ərzində Taun Əleyhinə Stansiyanın laboratoriyasına 842 nümunə göndərilib. Müayinələrin nəticəsinə əsasən, onlardan cəmi 75-də "b" qrupuna aid qrip nümunəsi aşkarlanıb. Bu da "donuz qripi" ilə əlaqəsi olmayan, insandan insana keçən qripdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.