AZ
Video yüklə

Göyçayda əhali təlaş içində: yırtıcılar kəndə hücum çəkdi

17 baxış Sosial xəbərlər
Göyçay rayonunda xırda buynuzlu heyvanlar yırtıcıların hücumuna məruz qalıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, hadisə bu gün rayonun Yekəxana kəndində qeydə alınıb.

Rayon sakini Səhrab Ağamalıyevin heyvanlarına hücum edən yırtıcılar 4 baş xırdabuynuzlunu yaralayıb. Yaralı heyvanlara quduzluq əleyhinə vaksinlər vurulub.

Kənd sakinlərinin sözlərinə görə, qış aylarında canavar və çaqqallar tez-tez fərdi təsərrüfatlara hücum edərək, iri və xırdabuynuzlu heyvanları, ev quşlarını tələf edir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.