AZ
Video yüklə

Gəncədə erməni terroru qurbanlarına ev verildi

67 baxış Sosial xəbərlər
Gəncədə erməni terroru nəticəsində mənzilləri yararsız vəziyyətə düşən sakinlərin bir qisminə kompensasiya ödənilib. Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində Gəncədə raket zərbəsindən zərərçəkən ailələrin bir qismi Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi 272 ünvanında yerləşən yeni yaşayış kompleksində tam təmirli mənzillərlə təmin ediliblər. Digər 12 ailəyə isə istəklərinə uyğun, razılaşdırılmış qaydada mənzillərinin dəyəri məbləğində pul vəsaiti köçülürüb.

Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə və sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılan Dövlət Komissiyası müvafiq işlər aparıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.