AZ
Video yüklə

Gənc qız "Səni axtarıram"a dərdini danışdı

21 baxış Sosial xəbərlər
Faktor.az median.az-a istinadən xəbər verir ki, "Səni axtarıram" proqramı vasitəsilə təmtəraqlı toy məclisləri baş tutan Elnur və Nərmin cütlüyünün qara günləri başlayıb.

İllər öncə yaşadığı bədbəxt hadisə nəticəsində əlsiz-ayaqsız qalan Elnurun vəziyyəti yenidən pisləşib.


Onu qollarının qalan hissəsinin kəsilmə təhlükəsi gözləyir.

Bətnində Elnurun 4 aylıq körpəsini daşıyan Nərmin toydan sonra həyatlarının alt-üst olduğunu deyir:

"Dedim, toy edirəm, bundan sonra həyatım yaxşı olacaq. Xoşbəxt olacam, üzüm güləcək. Əksinə toy bizə düşmədi. Xahiş edirəm, Xoşqədəm xanım, bizə hədiyyə gətirilən o qutunu buradan çıxarın. O qutunun içində cadu var. Vallah, özümüzə gələ bilmirik. Mənim yoldaşım xəstəxanalarda şaqqa-şaqqa doğranır. Dörd gündür küçələrdəyəm, gecəm-gündüzüm yoxdur. Zülm çəkirəm.

Toydan sonra əvvəlki kimi deyib-gülmürük. Elnur məni tanımır, otağından qovur. Deyir sən kimsən? Bizə göz dəydi".

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.